"Sabah" klubunun futbolçuları Ramil Şeydayev və Yevgeni Koçuk arasında PES2020 üzrə yoldaşlıq oyunu keçiriləcək.
Sportnet.az-ın məlumatına görə, bununla bağlı AFFA-nın rəsmi "Facebook" səhifəsi xəbər yayıb.
Bildirilib ki, qarşılaşma aprelin 19-da olacaq və saat 21:00-da başlayacaq.
R.Şeydayev müvafiq olaraq Azərbaycan millisi, Y.Koçuk isə Moldova seçməsi ilə öz məharətlərini nümayiş etdirəcəklər.