İtaliyanın "Yuventus" klubunun futbolçusu Kriştianu Ronaldu ailəsi ilə birlikdə qardaşı oğlunun doğum gününü qeyd edib.
Sportnet.az-ın məlumatına görə, koronavirusa görə tətbiq olunan karantin qaydalarına baxmayaraq doğum günü üçün təşkil edilən şənlikdə çox insan iştirak edib.
Qeyd edək ki, Kriştianu Ronaldu 2018-ci ilin yayında İspaniya "Real Madrid"indən "Yuventus"a keçib. 35 yaşlı hücumçu bu mövsüm İtaliya A Seriyasında 22 oyunda meydanı çıxıb, 21 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
A Seriyası XXVI turdan sonra dayandırılıb. Hazırda turnir cədvəlinə 63 xalla “Yuventus” başçılıq edir.