
İtaliya "Milan"ının futbol şöbəsinin keçmiş rəhbəri Zvonimir Boban klubu məhkəməyə vermək niyyətindədir.
Sportnet.az-ın "La Gazzetta dello Sport"a istinadən məlumatına görə, xorvatiyalı keçmiş yarımmüdafiəçi "qırmızı-qaralar"dakı işindən kənarlaşdırılmasından narazı qalıb. Onun istefasına səbəb kimi klubun sahibi "Elliott" fondu ilə razılaşdırmadan açıqlamalar verməsi göstərilib.
Boban baş direktor İvan Qazidisin fəaliyyətindən narazılığını media vasitəsilə bildirib. 51 yaşlı mütəxəssisin sözlərinə görə, Qazidis almaniyalı baş məşqçi Ralf Ranqniklə onun başının üstündən danışıqlar aparıb.
Qeyd edək ki, Zvonimir Boban "Milan"da cəmi 9 ay işləyib.