“Sabah” komandasının Cənubi Afrikanın “Orlando Pirates” klubundan heyətinə qatmaq istədiyi Vinsent Pulenin transfer qiyməti düşüb.
Sportnet.az "Soccerladuma" nəşrinə istinadən xəbər verir ki, bu koronavirus pandemiyası səbəb olub.
28 yaşlı hücumçunun əvvəlki transfer qiyməti 18.5 milyon Cənubi Afrika randı (900 min avro) olub. Bu forvardın karyerasında ən yüksək qiyməti idi.
Hazırda onun dəyəri 14.9 milyon randa (730 min avro) qədər düşüb.
Qeyd edək ki, Vinsent Pule "Sabah"ın transfer siyahısındadır.