UEFA 2019/2020 mövsümünün başa çatdırılması üçün alternativ variantları nəzərdən keçirməyə hazırdır.
Sportnet.az "Sport Mediaset"ə istinadən xəbər verir ki, qurum milli assosiasiyalardan mövsüm üçün planları təqdim etmələrini istəyib.
Planların mayın 27-ə qədər verilməli olduğu bildirilib. Alternativ olaraq, UEFA assosiasiyaların mövsümü pley-off və ya mini-turnir şəklində bitirmə təklifini təsdiqləməyə hazırdır.