“Avropa klubları milli komanda yarışlarımızın uğurlarının ayrılmaz hissəsidir”.
Sportnet.az-ın məlumatına görə, bunu UEFA-nın prezidenti Aleksander Çeferin qurumun rəsmi saytına açıqlamasında deyib.
Sloveniyalı funksioner bildirib ki, yığmaların rəqabət gəlirlərinin bir hissəsi həmin matçlara oyunçu buraxan klublara paylanır. Bir çox klubun maliyyə problemləri, xüsusən də pul axını ilə ilə qarşılaşdığı bu çətin günlərdə ödənişləri mümkün qədər tez almalarını təmin etmək bizim vəzifəmiz idi”.