“Sabah” klubu Azərbaycan Premyer Liqasında keçirdiyi ikinci mövsümündə indiyədək 42 futbolçunun xidmətindən yararlanıb.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, çempionatda oyun sayına görə rekordçu serbiyalı qapıçı Saşa Stamenkoviçdir. 35 yaşlı qolkiper “Sabah”ın heyətində Premyer Liqada 42 oyun keçirib. Stamenkoviç həm də, klubun heyətində ən çox oyun keçirmiş futbolçudur. O, ümumilikdə 46 matçda komandasının qapısını qoruyub (42 çempionat, 4 kubok).
Stamenkoviçin ən yaxın izləyicisi Məqsəd İsayevdir. 25 yaşlı müdafiəçi 39 qarşılaşmada “ağ-göy” formanı geyinib. Hərəyə 38 oyun keçirmiş Cavid İmamverdiyev və Filip İvanoviç isə bu siyahıda 3-4-cü pillələri bölüşürlər.
“Sabah”ın heyətində Azərbaycan Premyer Liqasında ən çox oyun keçirmiş 10 futbolçu: