
Türkiyənin "Fənərbağça" klubunda koronavirusa növbəti yoluxma faktı aşkarlanıb.
Sportnet.az-ın "A Spor"a istinadən məlumatına görə, bu dəfə İstanbul təmsilçisinin menecerlərindən birində virusun simptomlarına rast gəlinib.
Adı açıqlanmayan şəxsin karantinə alındığı və müalicəsinə başlanıldığı bildirilib.
Qeyd edək ki, daha əvvəl "Fənərbağça"nın iki əməkdaşı koronavirusa yoluxub.