FIFA və Beynəlxalq Peşəkar Futbolçular Assosiasiyası (FIFPro) qadın futbolunun inkişafını sürətləndirmək və koronavirus pandemiyasının təsirini azaltmaq üçün birgə əməkdaşlığa dair razılığa gəliblər.
Sportnet.az-ın qurumun rəsmi saytına istinadən məlumatına görə, əməkdaşlıq çərçivəsində qadın futboluna dəstək məqsədilə oyunçuların müqavilə şərtləri, yarışlar və beynəlxalq təqvim də daxil olmaqla, bir çox mövzuda müzakirələrin aparılması planlaşdırılıb.
Həmçinin FIFA-nın 2019 - 2022-ci illər üçün ayırdığı 1 milyard ABŞ dolları məbləğində investisiya qadın futbolunun bir sıra sahələrinin inkişafına, o cümlədən, rəqabət, potensialın artırılması, idarəetmə və liderlik, peşəkarlıq və texniki inkişafa yönəldiləcək.
Bundan başqa, ali futbol qurumunun qadın futboluna əlavə yardım göstərməyə çalışdığı bildirilib.