
Almaniya Bundesliqasında XXIX turun növbəti görüşləri keçirilib.
Sportnet.az-ın məlumatına görə, lider "Bavariya" Düsseldorf "Fortuna"sını qəbul edib. Görüş Münhen təmsilçisinin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 5:0. Hesabı 15-ci dəqiqədə Matias Yorgensen Zanka açıb. O, topu öz qapısına göndərib. 29-cu dəqiqədə Benjamin Pavar "Bavariya"nın aktivinə ikinci qolu yazdırıb. 43 və 50-ci dəqiqələrdə fərqlənən Robert Levandovski isə 29 qolla Bundesliqanın bombardiri kimi mövqeyini möhkəmlədib. Son nöqtəni isə 52-ci dəqiqədə Alfonso Devis qoyub.
Bununla da "Bavariya" xalını 67-yə çatdırıb və ən yaxın izləyicisi Dortmund "Borussiya"sını 10 xal geridə qoyub. Lakin "sarı-qaralar" hələ hesabat turunun görüşünü keçirməyiblər.
Günün digər oyunlarının nəticələri:
30 may
"Herta" - "Auqsburq" - 2:0
"Maynts" - "Hoffenhaym" - 0:1
"Şalke" - "Verder" - 0:1
"Volfsburq" - "Ayntraxt" (Frankfurt) - 1:2
29 may
"Frayburq" - "Bayer" - 0:1