
İtaliyanın "Yuventus" klubunun futbolçusu Kriştianu Ronaldu növbəti məşqdən sonra fərqli saç düzümlü fotosunu paylaşıb.
Sportnet.az-ın məlumatına görə, portuqaliyalı hücumçu başındakı quyruqcuğu buraxıb və saçlarını burub. O, komanda yoldaşı Xuan Kuadrado ilə şəkil çəkdirərək, saç düzümlərini müqayisə etmələri üçün "Instagram" istifadəçilərinin fikrini soruşub.
"Yuventus"un sabiq futbolçusu Mehdi Benatia ilə Fransa "Lion"unun və Portuqaliya millisinin oyunçusu Cessika Silva paylaşıma gülüş şərhi qoyub.