Argentina yığmasının və İspaniyanın "Barselona" klubunun futbolçusu Lionel Messi karyerasında 700-cü qolunu vurub.
Sportnet.az xəbər verir ki, 35 yaşlı forvard La Liqada XXXIII turun "Atletiko" ilə ilə ev oyununun 50-ci dəqiqəsində penaltini panenka üslubunda dəqiq yerinə yetirib. Messi qollarından 630-nu "Barsa"nın, 70-ni yığmanın heyətində vurub.
Qeyd edək ki, hazırda hesab bərabərdir - 2:2.