
Ermənistan çempionatının birinci dəstəsində 2019/20 mövsümü yarımçıq dayandırılıb.
Sportnet.az Ermənistan Futbol Federasiyasına istinadən xəbər verir ki, mövsümün dayandırılmasına səbəb 5 klubun və 58 şəxsin adının danışılmış oyunlarda hallanmasıdır.
Danışılmış oyunlarda iştirak edənlər futboldan kənarlaşdırılıb. Cəzalanan isə klublar “Araqats”, “Torpedo”, “Masis”, “Lokomotiv” və “Yerevan”dır.