
Almaniyanın "Bavariya" klubu tarixində 13-cü dəfə "qızıl dubl" edib.
Sportnet.az-ın məlumatına görə, Münhen təmsilçisi bu nailiyyətə ölkə kubokunun finalında "Bayer" üzərində qələbə sayəsində nail olub. 4:2 hesablı qələbə qazanan 30 qat çempion həm də 20-ci kubokunu əldə edib.
Qeyd edək ki, "Bavariya" "qızıl dubl" sayında rekordçu sayılır. Digər klublar birlikdə cəmi 4 belə "dubl" ediblər.