
Futbol üzrə Azərbaycan I Divizionunda XV turun "Energetik” – "Kəpəz” oyununun vaxtı dəyişdirilib. Sportnet.az-ın məlumatına
görə, 13 dekabr 2014-cü il tarixində keçirilməli olan oyun 1 gün tez baş
tutacaq.
Buna səbəb Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionunda dövlət
əhəmiyyətli tədbirin keçirilməsidir. Matç dekabrın 12-nə keçirilib.
12 dekabr (cümə)
"Energetik” – "Kəpəz”
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu