
2020/2021 mövsümünün heyəti üçün çalışmalara başlayan “Sumqayıt” ilk olaraq, baş məşqçi Ayxan Abbasovla müqaviləni yeniləyib.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 38 yaşlı mütəxəssis növbəti mövsümdə də komandanın sükanı arxasında olacaq.
Qeyd edək ki, “Sumqayıt” 2018-ci ilin noyabr ayından etibarən komandaya baş məşqçi təyin olunan Ayxan Abbasovun rəhbərliyi ilə tarixində ilk dəfə Azərbaycan kubokunun finalı və UEFA Avropa Liqasının təsnifat mərhələsinə vəsiqə qazanıb.