Ukraynanın "Aleksandriya" klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Pavel Paşayev zədəsini sağaldıb.
Sportnet.az yerli "Sportarena" nəşrinə istinadən xəbər verir ki, son matçlarda iştirak etməyən cinah müdafiəçisi iyulun 25-də "Mariupol"la görüşdə meydanda ola bilər.
Qeyd edək ki, "Aleksandriya" Avropa Liqasına vəsiqə uğrunda pley-offun yarımfinal mərhələsində "Mariupol"la qarşılaşacaq. Matç Bakı vaxtı ilə saat 20:30-da başlayacaq. Qəbələ qazanan komanda iyulun 29-da finalda "Kolos" - "Dnepr-1" cütünün qalibi ilə üz-üzə gələcək.