İspaniya "Barselona"sının futbolçusu Lionel Messi Argentina yığmasında çıxışlarını davam etdirmək niyyətindədir.
Sportnet.az-ın "goal.com"a istinadən məlumatına görə, 33 yaşlı hücumçu milli komandanın böyük yarışlarda qələbəsizlik seriyasına son verə biləcəyinə əmindir. O, 2021-ci il Amerika Kubokunun qalibi olmağı hədəflədiklərini bildirib. Messi habelə, Qətərdə keçiriləcək 2022-ci il dünya çempionatında oynamaq istədiyini dilə gətirib.
Qeyd edək ki, Argentina millisi sonuncu dəfə dünya çempionatında 1986-cı, Amerika Kubokunda isə 1993-cü ildə qızıl medal qazanıb. Son illər isə bu komanda ardıcıl 3 finaldan (DÇ-2014, Amerika Kuboku-2015 və 2016) məğlub ayrılıb.