Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Zirə İdman Kompleksinin stadionundadır.
Sportnet.az xəbər verir ki, 64 yaşlı mütəxəssis Premyer Liqanın III turunda keçiriləcək "Zirə" - "Sabah" matçını izləmək üçün tribunada əyləşib.
Qeyd edək ki, qarşılaşma saat 18:00-da başlayacaq.