"Sabah"ın futbolçuları Xulio Sezar Rodriges və Kevin Kubemba Masazır təmsilçisinin heyətində vurduqları ilk qoldan danışıblar.
Sportnet.az-ın məlumatına görə, Azərbaycan Premyer Liqasının III turunun "Zirə" ilə səfər oyununda (2:0) fərlənən legioner hücumçular klubun rəsmi saytına açıqlamalarında öz təəssüratlarını bölüşüblər.
Rodriges bunu qol hesabını açdığı üçün xoşbəxt olduğunu bildirib. Paraqvaylı forvard deyib ki, onu ən çox sevindirəm məqam komandasının qələbəsi olub: "Sabah"da ilk qolumu vurduğuma görə çox xoşbəxtəm. Amma məni bundan da çox sevindirəm məqam komandamın qələbəsinə töhfə verməyim oldu".
Fransalı ön xətt oyunçusu Kubemba da sevincini gizlətməyib: "Sabah”da rəsmi oyunlarda ilk qolumu vuraraq komandamın qalib gəlməsində rol oynadığıma görə xoşbəxtəm. Meydana çıxanda fərqlənmək üçün şansım olacağını bilirdim. Tanrıya şükür, bu fürsətdən yararlana bildim”.
X.Rodriges 51-ci, K.Kubemba isə 90+2-ci dəqiqədə fərqlənib.
Qeyd edək ki, bu günə kimi “Sabah”ın heyətində Azərbaycan Premyer Liqasında 21 futbolçu qol vurmağa nail olub. Yüksək liqada ən çox qol vurmuş Marko Deviçdir - 9 qol.