Türkiyənin "Fənərbağça" klubu yeni transferini açıqlayıb.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisi İngiltərə "Aston Villa"sından Mbvana Samattanı heyətinə qatıb.
"Sarı-göylər" 27 yaşlı tanzaniyalı hücumçu ilə 4 illik müqavilə imzalayıb. Bu keçid qarşılığında "Aston Villa"ya 6 milyon avro ödəniləcək.
Samatta 2021-ci ilin yayınadək icarə əsasında "Fənərbağça"da oynayacaq, daha sonra kluba transferi rəsmiləşəcək.
Qeyd edək ki, Mbvana Samatta "Aston Villa"ya bu ilin əvvəlində keçmişdi.