Türkiyənin "Qalatasaray" futbol klubu cəbhə bölgəsində baş verən hadisələrlə bağlı Azərbaycana dəstək olub.
Sportnet.az-ın məlumatına görə, İstanbul təmsilçisi bu barədə "Facebook" səhifəsində paylaşım edib.
Paylaşımda "Tək millət, iki dövlət. Qardaşlarımızın yanındayıq!" - yazılıb.
Qeyd edək ki, hazırda "Qalatasaray" və "Fənərbağça" komandaları arasında Türkiyə Super Liqasının III tur matçı keçirilir. Hələlik hesab açılmayıb - 0:0.