İngiltərə Premyer Liqasında III turun mərkəzi görüşü "Liverpul" və "Arsenal" komandaları arasında keçirilib.
Sportnet.az-ın məlumatına görə, "Enfild" stadionunda təşkil olunmuş qarşılaşma meydan sahiblərinin inamlı qələbəsi ilə yekunlaşıb - 3:1.
İlk qolu 25-ci dəqiqədə qonaq komandadan Aleksandr Lyakazett vurub. "Liverpul" bundan 3 dəqiqə sonra Sadio Manenin, 34-cü dəqiqədə isə Endrü Robertsonun dəqiq zərbələri ilə fasiləyə öndə çıxıb. 88-ci dəqiqədə isə Dioqu Jota yekun nəticəni müəyyənləşdirib.
Bu qələbə sayəsində xalını 9-a çatdıran "Liverpul" "Lester" və "Everton"la birgə ilk 3 pilləni bölüşür. İlk məğlubiyyətini alan "Arsenal" isə 6 xalla 5-ci yerdə gedir.