
"Zirə" Azərbaycan Premyer Liqasının V turunun "Neftçi" ilə oyununda itki ilə üzləşib.
Sportnet.az xəbər verir ki, komandanın müdafiəçisi Dmitrios Çantakias 89-cu dəqiqədə zədələnib.
Yunanıstanlı futbolçu meydanı xərəkdə tərk edib.
Qeyd edək ki, hazırda oyunda hesab 0:0-dır.