Uruqvayın "Penyarol" komandasının futbolçusu Fakundo Pelyistri İngiltərə "Mançester Yunayted"inə keçəcək.
Sportnet.az-ın məlumatına görə, 19 yaşlı vingerlə 5 illik müqavilə bağlanılacaq. Keçid baş tutan kimi "Penyarol" Pelyistrini Libertadores Kubokunun yekunlaşacağı 2021-ci ilin yanvarınadək icarəyə götürəcək.
Gənc oyunçu yarımmüdafiənin həm sağ, həm də sol cinahında və mərkəzində çıxış edə bilər. O, 2020-ci ildə "Penyarol"un heyətində 17 oyuna 1 qol və 2 məhsuldar ötürmə müəllifi olub.