
İtaliyanın "Yuventus" klubunun futbolçusu Duqlas Kosta Almaniya "Bavariya"sına keçib.
Sportnet.az Münhen təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi mövsümün sonuna kimi icarəyə götürülüb.
Braziliyalı oyunçu 2020/2021 mövsümü başa çatandan sonra "Bavariya" ilə müqavilə imzalayacaq.
Qeyd edək ki, Duqlas Kosta "Yuventus"la 3 dəfə İtaliya A Seriyasını, bir dəfə ölkə kubokunu və Super Kubokunu qazanıb. O, 2015 - 2018-ci illərdə "Bavariya"da çıxış edib.