
İtaliyanın "Fiorentina" klubunun futbolçusu Federiko Kyeza "Yuventus"a keçib.
Sportnet.az-ın Florensiya təmsilçisinin rəsmi saytına istinadən məlumatına görə, 23 yaşlı hücumçu sonradan alınması öhdəliyi ilə 2 illik icarəyə verilib. Turin klubu icarənin ilk ili üçün 2 milyon avro, növbəti il üçün isə 8 milyon avro ödəməlidir. Oyunçunun hüquqlarının alınması isə 40 milyon avro və əlavə olaraq, 10 milyon avro bonus təşkil edəcək.
Qeyd edək ki, "Fiorentina"nın yetirməsi olan Federiko Kyeza ötən mövsüm İtaliya A Seriyasında 34 oyuna 10 qol vurub və 6 məhsuldar ötürmə verib. 2018-ci ildən o, dəvət aldığı İtaliya yığmasında 19 oyuna 1 qol müəllifi olub.