Azərbaycan yığması UEFA Millətlər Liqasında IV turun Kiprlə oyununa futbolçu itkisi ilə çıxacaq.
Sportnet.az-ın məlumatına görə, müdafiəçi Bədavi Hüseynov Monteneqro ilə bugünkü matçda sarı vərəqə alaraq, cəzalı duruma düşüb. O, ilk dəfə sentyabrın 8-də Kiprə səfərdə 1:0 hesabı ilə qalib gəldikləri qarşılaşmada rəsmi xəbərdarlıqla üzləşib.
Qeyd edək ki, Kiprlə qarşıdakı görüş okyabrın 13-də Albaniyanın Elbasan şəhərindəki eyniadlı stadionda olacaq.