
Türkiyə "Qalatasaray"ının futbolçusu Arda Turan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycana dəstək nümayiş etdirib.
Sportnet.az-ın məlumatına görə, bayrağımızın altında çəkilmiş fotosunu paylaşan 33 yaşlı yarımmüdafiəçi üzərində bu sözləri yazıb: "Bir millət, iki dövlət".
O həmçinin İspaniya "Atletiko"sunda çıxış etdiyi vaxt Bakıda Prezident İlham Əliyevlə çəkdirdiyi fotonu da dərc edib.
Qeyd edək ki, təcrübəli futbolçu Türkiyədə "Qalatasaray"la yanaşı, "Başakşehir"in də formasını geyinib. O, həmçinin İspaniyanın "Atletiko" və "Barselona" komandalarında çıxış edib.