
Azərbaycan I Divizionda III tura start verilib. Sportnet.az-ın məlumatına görə, ilk oyun günündə 3 görüş keçirilib.
"Qaradağ Lökbatan" öz meydanında "Keşlə-2"yə uduzaraq, liderliyini əldən verib. Paytaxt komandası "Kəpəz" və "Keşlə-2"nin də səfər qələbələrindən sonra 4-cü pilləyə enib.
I Divizion, III tur
21 oktyabr (çərşənbə)
13:00. “Qarabağ-2” – “Turan Tovuz” - 0:2
Qollar: Elçin Qasımov, 64. Vidadi Cəfərov, 70
Hakimlər: Namiq Bəkirov, Zöhrab Abbasov, Səbuhi Soltanov, Rauf Allahverdiyev
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: İlham Əliyev
Bakı Olimpiya Stadionu (ehtiyat meydança)
13:00. “Sumqayıt-2”– “Kəpəz” - 0:1
Qol: Nodar Məmmədov, 50 (pen.)
Qırmızı vərəqə: İbrahim Camalov, 53 ("Kəpəz")
Hakimlər: Vüqar Həsənli, Elman Kərimov, Kərim Zeynalov, Kamranbəy Rəhimov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Rüfət Əmirov
“Kapital Bank Arena” (ehtiyat meydança)
14:00. “Qaradağ Lökbatan” – “Keşlə-2” - 0:1
Qol: Samir Abdullayev, 8
Hakimlər: Rauf Cabarov, Teymur Teymurov, Tərlan Talıbzadə, Rövşən Rəcəbov
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Seymur Səlimli
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 14:00
22 oktyabr (cümə axşamı)
13:00. “Sabah-2” – “Zaqatala”
Hakimlər: Tural Qurbanov, Kamran Bayramov, Rəhman İmami, Fərid Hacıyev
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Maşallah Əhmədov
Bakı Olimpiya Stadionu (ehtiyat meydança)
14:00. “Neftçi-2” – MOİK
Hakimlər: Orxan Məmmədov, Vüqar Bayramov, Vüsal Məmmədov, Nicat İsmayıllı
Hakim-inspektor: Ruhulla Kərimov
AFFA nümayəndəsi: Asif Əliyev
Türk Hava Yolları Futbol Mərkəzi (IV meydança)