"Neftçi” komandası Azərbaycan Premyer Liqasının VII turunda "Keşlə” ilə keçirəcəyi matçın hazırlığına start verib.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, futbolçular bir günlük fasilədən sonra bu gün "Türk Hava Yolları Futbol Mərkəzi”ndə məşqə çıxıblar.
Qeyd edək ki, oktyabrın 24-də "ASK Arena”da keçiriləcək "Keşlə” – "Neftçi” oyunu saat 16:00-da başlanacaq.