"Bavariya" Almaniya Bundesliqasının VII turunda Dortmund "Borussiya"sı ilə səfər matçına itki ilə çıxacaq.
Sportnet.az "Bild" nəşrinə istinadən xəbər verir ki, Penjamin Pavar zədələndiyi üçün komandasına kömək edə bilməyəcək.
24 yaşlı fransalı cinah müdafiəçisi noyabrın 5-də və 6-da məşqlərə qatıla bilməyib.
Qeyd edək ki, noyabrın 7-də keçiriləcək "Borussiya" - "Bavariya" oyunu Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.