
Noyabrın 11-də “Stojiçe” stadionunda Sloveniya və Azərbaycan yığmaları arasında keçiriləcək yoldaşlıq oyunu ərəfəsində hər iki komandanın mətbuat konfranslarının və açıq məşqlərinin vaxtı müəyyənləşib.
Sportnet.az AFFA-nın saytına istinadən xəbər verir ki, əvvəlcə - Bakı vaxtı ilə saat 17:30-da media qarşısına meydan sahiblərinin baş məşqçisi Matyaj Kek çıxacaq. Saat 18:00-da komandanın açıq məşqi olacaq.
Saat 20:00-da isə Azərbaycan millisinin baş məşqçisi Canni De Byazinin mətbuat konfransı keçirəcək. Yığmanın açıq məşqi isə saat 20:30-a nəzərdə tutulub.
Qeyd edək ki, noyabrın 11-də baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.