"Neftçi”nin baş məşqçi vəzifəsinə yeni təyinat olub.
Sportnet.az paytaxt təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, klubun Müşahidə Şurasının qərarı ilə komanda Samir Abasova həvalə olunub.
42 yaşlı mütəxəssislə 2021/2022-ci illər mövsümünün sonunadək müqavilə imzalanıb.
Qeyd edək ki, Samir Abasov 2003/2004 mövsümündə "Neftçi”də çıxış edib, Azərbaycan çempionatının və kubokunun qalibi olub. O, baş məşqçi kimi "Sumqayıt” (2015-2018) və "Zirə” (2018-2019) klublarında çalışıb.