"Qarabağ" Azərbaycan Premyer Liqasının X turunun "Sumqayıt"la matçının hazırlıqlarına başlayıb.
Sportnet.az klubun rəsmi feysbuk səhifəsinə istinadən xəbər verir ki, dünəndən start götürən hazırlıq prosesində milli komandalarda olan futbolçular iştirak etmir.
Onların əvəzinə əvəzedici heyətin 9 üzvü məşqlərdə cəlb edilib.
Qeyd edək ki, "Qarabağ" - "Sumqayıt" oyunu noyabrın 21-də keçiriləcək.