
"Sabah" klubu əsas komandadan kənarlaşdırılan Şakir Seyidovla bağlı yeni qərar qəbul edib.
20 yaşlı futbolçunun Sportnet.az-a verdiyi məlumata görə, onun əvəzedici komanda ilə məşqlərdə iştirakına icazə verilib.
Gənc yarımmüdafiəçi daha əvvəl fərdi hazırlıqla kifayətlənirdi.
Qeyd edək ki, Şakir Seyidovla yanaşı, Emil Qasımov və Elçin Mustafayev Sabah" rəhbərliyinin yeni müqavilə təklifini geri çevirdikləri üçün əsas komandadan uzaqlaşdırılmışdılar. Qasımov I Divizion təmsilçisi "Kəpəz"ə keçib. Mustafayev isə əfv olunaraq, əvəzedici komanda ilə birlikdə məşqlərə buraxılıb.