UEFA Millətlər Liqasında qrup mərhələsinin son tur qarşılaşmaları keçirilib.
Sportnet.az-ın məlumatına görə, B Liqasında mübarizə aparan Türkiyə yığması səfərdə Macarıstanla üz-üzə gəlib. Görüş meydan sahiblərinin inamlı qələbəsi ilə yekunlaşıb - 2:0.
Qrupun digər görüşündə Serbiya Rusiyaya böyük hesabla qalib gəlib - 5:0. Bu nəticələrdən sonra Macarıstan qrup lideri kimi A Liqasına yüksəlib. Türkiyə isə C Liqasına enib.
A Liqasında Fransanın ardından İtaliya, Belçika və İspaniya qrup lideri olaraq, "4-lər finalı"na vəsiqə qazanıb. Bosniya və Herseqovina, İslandiya, İsveç yığmaları aşağı liqaya enib. Dördüncü komandanın adına isə təxirə salınmış İsveçrə - Ukrayna görüşünün ardından aydınlıq gələcək.
B Liqasında Macarıstandan əlavə, Avstriya, Çexiya və Uels qrup qalibləri kimi A Liqasına yüksəlib. Türkiyə ilə yanaşı, Şimali İrlandiya, Slovakiya və Bolqarıstan aşağı liqaya düşüb.
C Liqasında Monteneqro, Ermənistan, Sloveniya və Albaniya qrup qalibləri kimi B Liqasına yüksəldikləri halda, Kipr, Estoniya, Moldova və Qazaxıstan sonuncu yeri tutublar. Onlar D Liqasına düşəcək 2 komandanı müəyyənləşdirmək üçün öz aralarında ev və səfər prinsipi ilə pley-off görüşləri keçirəcəklər.
D Liqasında qrup qalibləri olan Farer adaları və Cəbəllütariq milliləri C Liqasına yüksəliblər.
-----------------------------
UEFA Millətlər Liqasının qrup mərhələsinin sonuncu turunda daha iki qarşılaşma baş tutub.
Sportnet.az-ın məlumatına görə, C Liqasının 4-cü qrupunda Albaniya Belarusu qəbul edib. Qarşılaşma meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
4-cü qrupun digər matçında Qazaxıstan və Litva yığmaları üz-üzə gəlib. Qazaxıstan doğma meydanda 1:2 hesabı ilə uduzub.
Bu nəticələrdən sonra 11-ci xalını qazanan Albaniya qrup qalibi kimi B Liqasına yüksəlib. Belarus 10 xalla ikinci, Litva isə 8 xalla üçüncü olub. 6 oyuna 4 xal toplaya bilən Qazaxıstan seçməsi C Liqasında qalmaq üçün pley-off oynayacaq.
--------------------------------------------------------
Bu gün UEFA Millətlər Liqasında qrup mərhələsinə yekun vurulacaq.
Sportnet.az-ın məlumatına görə, VI turun son oyun günündə A, B və C Liqalarında ümumilikdə 18 qarşılaşma baş tutacaq.
A Liqasının 1-ci qrupunda İtaliya millisi Bosniya və Herseqovinanın, Niderland yığması isə Polşanın qonağı olacaq. Bosniya və herseqovinalılardan başqa, digər 3 komandanın pley-off şansı davam edir.
2-ci qrupda Belçika və Danimarka lideri müəyyənləşdirmək üçün mübarizə aparacaq. Digər matçda İngiltərə millisi İslandiyanı sınağa çəkəcək.
B Liqasında 1-ci qrupunda lider Avstriya ikinci pillədə qərarlaşan Norveç seçməsini qəbul edəcək. Bu qarşılaşma qrupun qalibini müəyyənləşdirəcək. 2-ci qrupda pley-offa çıxmağa iddialılardan Şotlandiya səfərdə İsrail, Çexiya isə evdə Slovakiya ilə üz-üzə gələcək.
3-cü qrupda da bütün suallara son turda aydınlıq gələcək. 6 xalla 3-cü pillədə qərarlaşan Türkiyə millisi qrupdan çıxmaq üçün səfərdə Macarıstanı udmalı və Rusiyanın Serbiya ilə matçda xal itirməsini gözləməlidir.
B Liqasının 4-cü qrupunda əsas diqqətlər Uels - Finlandiya görüşünə yönələcək. 13 xalla zirvədə yer alan britaniyalılar özlərindən 1 xal az toplayan rəqibi ilə qarşılaşmada mövqeyini qorumağa çalışacaq.
D Liqasının 3-cü qrupunda Yunanıstan və Sloveniya yığmaları pley-offa vəsiqənin taleyini öz aralarındakı oyunda həll edəcəklər. 4-cü qrupda isə Albaniya - Belarus matçı həlledici olacaq.
18 noyabr
UEFA Millətlər Liqası
VI tur
A Liqası
1-ci qrup
23:45. Bosniya və Herseqovina - İtaliya - 0:2
Qollar: Andrea Belotti, 22. Domeniko Berardi, 68
23:45. Polşa - Niderland - 1:2
Qollar: Kamil Yuzvyak, 6 - Memfis Depay, 76 (pen.). Jorjinyo Veynaldum, 84
Xal durumu: İtaliya - 12, Niderland - 11, Polşa - 7, Bosniya və Herseqovina - 2
2-ci qrup
23:45. İngiltərə - İslandiya - 4:0
Qollar: Deklan Rays, 20. Meyson Maunt, 24. Fil Foden, 80; 84
Qırmızı vərəqə: Birkir Sevarsson, 54 (İslandiya)
23:45. Belçika - Danimarka - 4:2
Qollar: Yuri Tilemans, 3. Romelu Lukaku, 56; 69. Kevin De Bruyne, 88 - Yonas Vind, 17. Tibo Kurtua, 87 (öz qapısına)
Xal durumu: Belçika - 15, Danimarka - 10, İngiltərə - 10, İslandiya - 0.
B Liqası
1-ci qrup
23:45. Şimali İrlandiya - Rumıniya - 1:1
Qollar: Liam Boys, 56 - Erik Bikvalfi, 81
23:45. Avstriya - Norveç - 1:1
Qollar: Adrian Qrbiç, 90+4 Qayas Zahid, 61
Xal durumu: Avstriya - 13, Norveç - 10, Rumıniya - 8, Şimali İrlandiya - 2
2-ci qrup
23:45. İsrail - Şotlandiya - 1:0
Qol: Manor Solomon, 44
23:45. Çexiya - Slovakiya - 2:0
Qollar: Tomaş Suçek, 17. Zdenek Ondraşek, 55
Xal durumu: Çexiya - 12, Şotlandiya - 10, İsrail - 8, Slovakiya - 4
3-cü qrup
23:45. Serbiya - Rusiya - 5:0
Qollar: Nemanya Radonyiç, 10. Luka Yoviç, 25; 45+1. Duşan Vlaxoviç, 41. Filip Mladenoviç, 64
23:45. Macarıstan - Türkiyə - 2:0
Qollar: David Siger, 57. Kevin Varqa, 90+5
Xal durumu: Macarıstan - 11, Rusiya - 8, Serbiya - 6, Türkiyə - 6
4-cü qrup
23:45. İrlandiya - Bolqarıstan - 0:0
23:45. Uels - Finlandiya - 3:1
Qollar: Harri Uilson, 29. Daniel Ceyms, 46. Kiffer Mur, 84 - Teemu Pukki, 63
Qırmızı vərəqə: Yere Uronen, 12 (Finlandiya)
Xal durumu: Uels - 16, Finaldniya - 12, İrlandiya - 3, Bolqarıstan - 2.
C Liqası
2-ci qrup
21:00. Ermənistan - Şimal Makedoniya - 1:0
Qol: Ohanes Ambartsumyan, 55
21:00. Gürcüstan - Estoniya - 0:0
Xal durumu: Ermənistan - 11, Şimali Makedoniya - 9, Gürcüstan - 7, Estoniya - 3.
3-cü qrup
23:45. Kosovo - Moldova - 1:0
Qol: Lirim Kastrati, 31
Qırmızı vərəqə: İbrahim Dreşeviç, 85 (Kosovo)
23:45. Yunanıstan - Sloveniya - 0:0
Qırmızı vərəqə: Pantelis Hatsidiakos, 90 (Yunanıstan)
Xal durumu: Sloveniya - 14, Yunanıstan - 12, Kosovo - 5, Moldova - 1.
4-cü qrup
19:00. Qazaxıstan - Litva - 1:2
Qollar: Abat Aymbetov, 38 - Modestas Vorobyovas, 40. Arvidas Novikovas, 90+4
19:00. Albaniya - Belarus - 3:2
Qollar: Sokol Cikaleşi, 19; 27 (pen). Rey Manay, 44 - Maksim Skavış, 35. Maks Ebonq, 80
Xal durumu: Albaniya - 11, Belarus - 10, Litva - 8, Qazaxıstan - 4.