Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsində IV tura yekun vurulub.
Sportnet.az-ın məlumatına görə, A, B, C və D qruplarında baş tutan 8 qarşılaşmadan sonra 1/8 finala vəsiqə qazanan daha 2 komanda müəyyənləşib.
İngiltərənin "Mançester Siti" komandasından sonra evdə Avstriya təmsilçisi "Zalsburq"u 3:1 hesabı ilə məğlub edən Almaniya "Bavariya"sı da adını pley-offa yazdırıb.
Gecənin maraqlı oyunlarından biri B qrupunda baş tutub. İtaliya "İnter"i doğma meydanda cari mövsüm turnirdə elə də uğurlu çıxış etməyən İspaniya "Real Madrid"inə 0:2 hesabı ilə uduzub.
D qrupunda isə Çempionlar Liqasının son qalibi İngiltərə "Liverpul"u gözlənilmədən evdə İtaliyanın "Atalanta" komandasına məğlub olub - 0:2.
--------------------------------------------------
UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinə yüksələn daha bir komandanın adına aydınlıq gəlib.
Sportnet.az-ın məlumatına görə, C qrupunun oyununda Yunanıstanda "Olimpiakos"u 1:0 hesabı ilə məğlub edən İngiltərənin "Mançester Siti" komandası adını növbəti raunda yazdırıb.
"Şəhərlilər"ə qələbə qazandıran qola 16-cı dəqiqədə Fil Foden imza atıb. Bu nəticədən sonra xallarını 12-yə çatdıran Mançester təmsilçisi pley-offa vəsiqəni vaxtından əvvəl - qrup mərhələsində sona 2 tur qalmış rəsmiləşdirib. "Olimpiakos" isə 3 xalla 3-cü pillədə qalıb.
Bu matçla eyni saatda start götürən B qrupunun qarşılaşmasında isə Almaniyanın "Borussiya" (Münxenqladbax) komandası evdə Ukrayna "Şaxtyor"unu darmadağın edib - 4:0. Matçda hesabı 17-ci dəqiqədə penaltidən Münxenqladbax təmsilçisinin kapitanı Lars Ştindl açıb. 34-cü dəqiqədə Niko Elvedi, ilk hissəsinin əsas vaxtına əlavə olunmuş 1-ci dəqiqədə Brel Embolo fərqləniblər. Görüşdə son nöqtəni isə 77-ci dəqiqədə Oskar Vendt qoyub.
Bu qələbə ilə 8-ci xalını qazanan "Borussiya" liderliyini möhkəmlədib. 4 xalı olan "Şaxtyor" isə hələlik 2-ci sırada qərarlaşıb.
Qeyd edək ki, ilk oyun günündəki nəticələrdən sonra İspaniyanın "Sevilya", "Barselona", İngiltərənin "Çelsi" və İtaliyanın "Yuventus" klubları 1/8 finala vəsiqə əldə ediblər.
-------------------------------------------------------
Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsində IV tura yekun vurulacaq.
Sportnet.az-ın məlumatına görə, son oyun günündə A, B, C və D qruplarında ümumilikdə 8 qarşılaşma baş tutacaq.
A qrupunda Almaniya "Bavariya"sı 1/8 finala vəsiqəni bu tur rəsmiləşdirə bilər. 3 oyundan maksimum xal toplayan Münhen təmsilçisi evdə "Zalsburq"u məğlub edəcəyi halda adını pley-offa yazdıracaq. Qrupun digər görüşündə İspaniya "Atletiko"su Rusiyanın "Lokomotiv" (Moskva) klubunu qəbul edəcək.
Gecənin maraqlı oyunlarından biri B qrupunda baş tutacaq. İtaliya "İnter"i doğma meydanda cari mövsüm turnirdə elə də uğurlu çıxış etməyən İspaniya "Real Madrid"i ilə qarşılaşacaq.
C qrupunda İngiltərənin "Mançester Stii" klubu Yunanıstanda "Olimpiakos"un qonağı olacaq. "Şəhərlilər" rəibinə qalib gələrək, sona 2 tur qalmış 1/8 finala vəsiqəni təmin edə bilərlər.
D qrupunda isə Çempionlar Liqasının son qalibi İngiltərə "Liverpul"u İtaliyanın "Atalanta" komandası ilə münasibətlərinə aydınlıq gətirəcək. Qələbə qazanacaqları təqdirdə merisaydlıların qrupdan çıxmağı rəsmiləşəcək.
UEFA Çempionlar Liqası
Qrup mərhələsi
IV tur
A qrupu
00:00. "Atletiko" (İspaniya) - "Lokomotiv" Moskva (Rusiya) - 0:0
00:00. "Bavariya" (Almaniya) - "Zalsburq" (Avstriya) - 3:1
Qollar: Robert Levandovski, 42, Maksimilian Vöber, 52 (avtoqol), Leroy Sane, 68 - Merqim Berişa, 73
Qırmızı vərəqə: Mark Roka ("Bavariya"), 66
Xal durumu: "Bavariya" - 12, "Atletiko" - 5, Lokomotiv" (Moskva) - 3, "Zalsburq"- 1
B qrupu
21:55. "Borussiya" Münxenqladbax (Almaniya) - "Şaxtyor" (Ukrayna) - 4:0
Qollar: Lars Ştindl, 17 (penalti), Niko Elvedi, 34, Brel Embolo, 45+1, Oskar Bent, 77
00:00. "İnter" (İtaliya) - "Real Madrid" (İspaniya) - 0:2
Qollar: Eden Azar, 7 (penalti), Rodriqo, 59
Qırmızı vərəqə: Arturo Vidal ("İnter"), 33
Xal durumu: "Borussiya" (Münxenqladbax) - 8, "Real Madrid" - 7, "Şaxtyor" - 4, "İnter" - 2
C qrupu
21:55. "Olimpiakos" (Yunanıstan) - "Mançester Siti" (İngiltərə) - 0:1
Qol: Fil Foden, 36
00:00. "Marsel" (Fransa) - "Porto" (Portuqaliya) - 0:2
Qollar: Zaidu Sanusi, 39, Serjiu Oliveyra, 72
Qırmızı vərəqə: Marko Qruiç ("Porto"), 67, Leonardo Balerdi ("Marsel"), 70
Xal durumu: "Mançester Siti" - 12, "Porto" - 9, "Olimpiakos" - 3, "Marsel" - 0
D qrupu
00:00. "Ayaks" (Niderland) - "Midtüllan" (Danimarka) - 3:1
Qollar: Rayan Qravenberx, 47, Nussair Mazraui, 49, David Neres, 66 - Aver Mabil, 81
Qırmızı vərəqə: Erik Svyatçenko ("Midtüllan"), 90+1
00:00. "Liverpul" (İngiltərə) - "Atalanta" (İtaliya) - 0:2
Qollar: Yosip İliçiç, 60, Robin Qosens, 64
Xal durumu: "Liverpul" - 9, ""Ayaks" - 7, Atalanta" - 7, "Midtüllan" - 0.
Qeyd edək ki, ilk oyun günündəki nəticələrdən sonra İspaniyanın "Sevilya", "Barselona", İngiltərənin "Çelsi" və İtaliyanın "Yuventus" klubları 1/8 finala vəsiqə əldə ediblər.