
Türkiyənin "Qalatasaray" komandasının baş məşqçisi Fatih Terim 5 oyunluq cəzalandırılıb.
Sportnet.az-ın məlumatına görə, bu barədə Türkiyə Futbol Federasiyasının İntizam Komitəsi qərar qəbul edib. 67 yaşlı mütəxəssis "Fatih Karagümrük"lə Superliqa matçında qırmızı vərəqə alıb. O, hakimə qarşı davranışı ilə əlaqədar texniki zonadan kənarlaşdırılıb. Terimə diskvalifikasiyadan əlavə, 55 500 lirə cərimə də kəsilib.
Təcrübəli mütəxəssis ötən tur "Göztepe" ilə matçda komandasının sükanı arxasında olmayıb. O, "Trabzonspor", "Antalyaspor", "Konyaspor" və "Gənclərbirliyi" ilə qarşıdakı turun oyunlarında da kənarda qalacaq.