London təmsilçisi liqada dünən dördüncü yerdəki "Southempton" ilə səfərdə qarşılaşıb və 1-1 oyun bərabərliklə bitib. Sportnet.az-ın məlumatına görə, Fabreqasın 55-ci dəqiqədə rəqibi ilə cərimə meydançasında top uğrunda mübarizəsi əsnasında qayda pozuntusuna məruz qalmasına hakim Entoni Teylor davam qərarı verincə "Çelsi"nin meneceri Mourinyo, matçdan sonra "sərt" çərh edib.
İspan futbolçunun mövqeyinin "çox dəqiq" bir penalti olduğunu deyən 51 yaşlı portuqal məşqçi, "İşlədiyim digər ölkələrdə olsaydı idman qəzetlərində "skandal" başlığıyla çıxardı. Çünki bu bir skandaldır. Biq Ben (Londondakı məşhur saat qülləsi) kimi açıq bir penaltidir. Hakimə yaxşı bir il diləyirəm və özündən utanmasını söyləyəcəyəm" deyə bildirib.
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |