
Madrid "Real"ının portuqaliyalı ulduzu Kriştianu Ronaldo "Globe Soccer Awards" tərəfindən "ilin futbolçusu seçilib". Sportnet.az xəbər verir ki, 29 yaşlı futbolçu ötən mövsüm komandasının Çempionlar Liqasının qalibi olmasında önəmli olduğuna görə bu ada layiq görülüb.
Dubayda təşkil olunan mükafatlandırma mərasimindən sonra Ronaldo bunları deyib: "Əlbəttə ki, bu önəmli tituldu. Komandama mükafatlar qazanmağa kömək etdiyim üçün şadam. Düşünürəm ki, ötən mövsüm bizim üçün əla alındı və 4 kubok qazandıq. Bu mövsüm də eyni nəticələri təkrarlamalıyıq".