
"Qəbələ"nin hücumçusu Ceyms Adeniyi ilə heç bir danışığımız olmayıb".
Sportnet.az-ın məlumatına görə, bunu "Neftçi"nin baş meneceri Qədir Həsənov klubun televiziyasına açıqlamasında transferlər barədə danışarkən deyib.
Klub rəsmisi qış fasiləsində heç bir oyunçu ilə danışıq aparmadıqlarını bildirib: "Hücumçu axtarışlarımız davam edir. Müxtəlif analiz proqramları vasitəsilə futbolçunu izləyir, xarakterini, ailə vəziyyətini öyrənirik. Qış fasiləsində oyunçu gətirmək çox çətindir. Düzdür, təkliflər var. Amma yeni transfer olmaya da bilər".
Həsənov komandanın yanvarın 11-dən "Hyatt Regency" otelində təcrid olunacağını söyləyib: "Baş məşqçinin istəyi komanda oteldə məskunlaşacaq. Futbolçular oarada tam izolyasiya şəraitində qalacaq. Artıq müqavilə imzalanıb".