"Neftçi” komandasının təlim-məşq toplanışını davam etdirir.
Sportnet.az xəbər verir ki, ötən gün Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında fiziki testdən keçən kollektiv üzvləri proqrama uyğun olaraq bu gün bir məşqlə kifayətləniblər. "Türk Hava Yolları Futbol Mərkəzi”ndə baş tutan hazırlıq prosesində Yusuf Lavaldan başqa bütün futbolçular iştirak ediblər.
Qeyd edək ki, toplanış çərçivəsində yanvarın 10-u "Kəpəz” (1:0), 14-ü "Keşlə” (4:3) ilə qarşılaşan "Neftçi” qış fasiləsindən sonra ilk rəsmi oyununu ayın 21-də keçirəcək. Komandamız həmin gün saat 16:00-da "ASCO Arena”da "Səbail”in qonağı olacaq.