
İspaniyanın "Barselona” klubu Dani Alveşlə müqavilənin müddətini artırmayacaq. Sportnet.az-ın məlumatına görə, braziliyalı sağ cinah müdafiəçisi mövsümün sonunda azad agent statusu alacaq.
Kataloniya təmsilçisi Dani Alveşi Martin Montoya ilə Mark Bartranın layiqincə əvəzləyəcəyi qənaətindədir. Alveş artıq yanvarın 1-dən digər klublarla danışıq aparmaq hüququna malikdir. "Sambaçı" bu yaxınlarda verdiyi açıqlamada karyerasını İngiltərə Premyer Liqasında davam etdirə biləcəyini söyləyib.
Qeyd edək ki, 2008-ci ildən "Barselona”da çıxış edən Dani Alveş 200 oyunda 14 qol vurub.

















































































