İngiltərə Premyer Liqasında ilk turdan təxirə salınmış "Mançester Siti" - "Aston Villa" oyunu keçirilib.
Sportnet.az-ın məlumatına görə, "Etihad" stadionunda təşkil olunmuş qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:0. Hesabı 79-cu dəqiqədə Bernardu Silva açıb. 90-cı dəqiqədə isə türk əsilli yarımmüdafiəçi İlkay Gündoğan penalti ilə yekun nəticəni müəyyənləşdirib.
Bu qələbədən sonra "Mançester Siti" 18 oyundan 38 xalla birinci pilləyə yüksəlib. "Aston Villa" isə 26 xalla 11-ci yerdə getsə də, ehtiyatda iki matçı var.