Rusiyanın "Saturn" və "Ufa" klubunun keçmiş futbolçusu Konstantin İonov hüquq-mühafizə orqanının əməkdaşlarına hücum çəkib.
Sportnet.az "Ren-TV"yə istinadən xəbər verir ki, 38 yaşlı forvard sərxoş vəziyyətdə avtomobil idarə edib.
Futbolçu ondan sənədləri tələb edən polislə münaqişəyə girib. Hadisə nəticəsində polis işçiləri xəsarət alıb.