Azərbaycan milli komandasının baş məşqçisi Canni de Byazi Türkiyənin Antalya şəhərinə səfərə yollanıb.
Sportnet.az xəbər verir ki, səfərin məqsədi Antalyada təlim-məşq toplanışında olan klubların heyətində çıxış edən Azərbaycan milli komandasına potensial namizəd futbolçuları izləməkdir.
Qeyd edək ki, AFFA-nın Azərbaycan millisinə cəlb etmək istədiyi futbolçuların siyahısında Rusiyanın "Ximki" klubunda çıxış edən Kamran Əliyev və Ukraynanın "Minay" klubunda oynayan Anatoli Nuriyev də var.