Azərbaycan Premyer Liqasında XV turunun ilk oyun günündə keçiriləcək qarşılaşmalar üçün bütün təyinatlar açıqlanıb.
Sportnet.az-ın məlumatına görə, "Qarabağ" və "Neftçi" komandaları arasında keçiriləcək turun mərkəzi görüşü yeni beynəlxalq dərəcəli hakim Elçin Məsiyevə həvalə olunub. Təcrübəli FIFA referisi Əliyar Ağayev isə dördüncü hakim funksiyasını yerinə yetirəcək.
3 fevral (şənbə)
16:00. “Sumqayıt” – “Səbail”
Hakimlər: Vüqar Həsənli, Zeynal Zeynalov, Cəmil Quliyev, Fərid Hacıyev
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Seymur Səlimli
Sumqayıt, "Kapital Bank Arena"
18:30. “Qarabağ” – “Neftçi”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Əliyar Ağayev
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Kərim Ağayev
Bakı, Tofiq Bəhramov adına Respublika Stadionu.