Azərbaycan Premyer Liqasının XV turunda "Neftçi" ilə matç "Qarabağ"ın futbolçusu Mahir Emreli üçün əlamətdar olub.
"Report"un məlumatına görə, 24 yaşlı hücumçu 1:2 hesabı ilə uduzduqları görüşdə Azərbaycan derbisindəki 9-cu qoluna imza atıb.
O, bu göstəriciyə görə "köhlən atlar"ın sabiq forvardı Reynaldo Silvaya çatıb. Braziliyalı hücumçu 9 qolun 2-ni ölkə kubokunda "Neftçi"yə vurub. Emreli isə bütün qolları ölkə çempionatında vurmaqla mütləq rekordçudur.
Qeyd edək ki, "Neftçi" "Qarabağ"ı məğlub etməklə liderliyə yüksəlib.