
"Qarabağ"ın futbolçusu Mahir Emrelinin mümkün transferi hələ də Polşanın "Rakuv" klubunun gündəmindədir.
Sportnet.az-ın məlumatına görə, bu barədə komandanın baş məşqçisi Marek Papşun TVP SPORT-a müsahibəsində deyib.
O bildirib ki, Azərbaycan millisinin də formasını geyinən 24 yaşlı forvardın məsələsi indi də aktualdır: "Mən belə düşünürəm. Amma siyahımızda 8-9 hücumçunun adı var. Odur ki, hər şey mümkündür".
Qeyd edək ki, Mahir Emrelinin "Qarabağ"la müqaviləsi bu ilin yayında başa çatacaq.